I sinfə gecikmiş uşaqlar üçün məktəb qəbulu prosesi yenidən aktivləşdirilib

2025–2026-cı tədris ili üzrə Azərbaycanda ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən qeydiyyatı gecikmiş uşaqlar üçün elektron qəbul prosesi yenidən işə salınıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına əsasən, valideynlər 8 oktyabr saat 15:00-dan 15 oktyabr saat 18:00-a qədər mektebeqebul.edu.az
portalı vasitəsilə boş qalan yerlərə məktəb və müəllim seçimi edə bilərlər.
Hazırkı tədris ili üzrə 130 mindən çox uşaq artıq I sinfə qəbul olunub.
Son xəbərlər
Daha çox 