• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

“Bütün vücudlar danışır” layihəsinin illik yekun tədbiri keçirilib

“Bütün vücudlar danışır” layihəsinin illik yekun tədbiri keçirilib
08.10.2025 11:55

“Dance Ability Azərbaycan” İnklüziv Rəqs Şirkətinin təşkilatçılığı, Qırmızı Ürəklər
Fondu və Kapital Bank-ın tərəfdaşlığı ilə reallaşan “Bütün vücudlar danışır” layihəsinin
bir illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib.


Nizami Kino Mərkəzində keçirilən tədbirdə son bir ildə görülən işlər təqdim olunub,
inklüziv rəqs nömrəsi göstərilib, həmçinin layihənin bir ilini əhatə edən sənədli film
nümayiş etdirilib.


“Bütün vücudlar danışır” layihəsinin məqsədi cəmiyyətin müxtəlif qruplarını – həm
əlilliyi olan, həm də olmayan insanları bir araya gətirərək onların fiziki və emosional
rifahını yaxşılaşdırmaq, dostluq və ünsiyyət üçün imkanlar yaratmaq, eləcə də
inklüzivliyi gücləndirməkdir. Bununla yanaşı, layihə əlillik mövzusunda ictimai
məlumatlılığın artırılmasına da töhfə verir. Ötən il ərzində layihəyə ümumilikdə 587
nəfər qatılıb. Onların 396-sı əlilliyi olan, 191-i isə əlilliyi olmayan şəxslərdir.
Xatırladaq ki, 3 noyabr 2025-ci il tarixindən etibarən “Bütün vücudlar danışır”
layihəsinin növbəti mərhələsinə start veriləcək.


Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir
qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət
qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət
edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris,
maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə
çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti
ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və
ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil
ola bilərsiniz.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
İqtisadiyyat 10:29
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
İqtisadiyyat 17:02
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
İqtisadiyyat 15:29
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
İqtisadiyyat 15:25
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
İqtisadiyyat 15:18
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
Boşanan və evlənələrin sayı azalıb
İqtisadiyyat 15:09
Boşanan və evlənələrin sayı azalıb
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 13:06
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 12:46
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Xankəndidə mənzillər satışa çıxarılacaq
İqtisadiyyat 12:37
Xankəndidə mənzillər satışa çıxarılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol