Nigahdankənar doğulan uşaqların sayı azalıb

Azərbaycanda rəsmi nikahda olmayan analar tərəfindən doğulan uşaqların sayı 2015–2024-cü illər ərzində 43%-ə yaxın azalıb. Bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin “Azərbaycan qadınları və kişiləri” adlı rəsmi sənədində qeyd olunub.
Statistikaya görə, 2015-ci ildə qeydiyyatsız nikahda doğulan uşaqların ümumi sayı 23 038 nəfər təşkil edirdisə, bu rəqəm 2024-cü ildə 13 229 nəfərə düşüb. Onların 6 390-ı qız, 6 839-u oğlandır.
Birinci doğumların sayı da əhəmiyyətli dərəcədə azalıb. Qız uşaqları üçün bu göstərici 2015-ci ildə 7 614 nəfər olduğu halda, 2024-cü ildə 3 422 nəfərə, oğlan uşaqları üçün isə 7 807-dən 3 584-ə düşüb.
Məlumatlar göstərir ki, azalma həm doğum ardıcıllığı, həm də cins nisbəti üzrə müşahidə olunur və bu meyl davam edir.
Gülnar
Son xəbərlər
Daha çox 