Azərbaycanda qadınların doktorantura üzrə təhsil səviyyəsi artıb - BMT təmsilçisi

Azərbaycanda qadınların doktorantura səviyyəsində təhsildə iştirakı son illərdə artıb və 2024-cü ildə fəlsəfə doktoru proqramlarında qadınların payı 52,5 faiz təşkil edib. Bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Ofisinin iqtisadçısı Hurşid Rüstəmov Bakıda keçirilən "Azərbaycanın Dayanıqlı İnkişaf Naminə Təhsilə İnvestisiya" mövzusunda 7-ci DİM dialoqu forumunda bildirib.
O bildirib ki, bu göstərici 2020-ci ildə 42,8 faiz olub. Elmlər doktoru üzrə proqramlarda isə qadınların payı 2024-cü ildə 37 faizə çatıb.
Gülnar Nazimqızı