• $
  • €
  • ₽
  • ₺
  • £

Agentlik müasir peşələri tədris proqramına daxil edib - Sadiq Əliyev

Agentlik müasir peşələri tədris proqramına daxil edib - Sadiq Əliyev
14.10.2025 11:21

Dövlət Məşğullu Agentliyi əmək bazarının tələblərinə uyğun sistemli tədbirlər həyata keçirilir və bu istiqamətdə özəl sektorla əməkdaşlıq gücləndirilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Bakıda keçirilən "Azərbaycanın Dayanıqlı İnkişaf Naminə Təhsilə İnvestisiya" mövzusunda 7-ci DİM dialoqu forumunda bildirib.

Əliyevin sözlərinə görə, Agentlik rəqabət qabiliyyətli və daim yenilənən fəaliyyət modeli üzərində işləyir.

“Biz artıq peşə təhsilini müasir əmək bazarının çağırışlarına uyğunlaşdırmışıq. Ənənəvi ixtisaslarla yanaşı, data analitika və kibertəhlükəsizlik kimi müasir istiqamətlər də peşə tədris proqramlarımıza daxil edilib,” – o vurğulayıb.

Sədr qeyd edib ki, peşə hazırlığı proqramları Qarabağ bölgəsində də davam etdirilir və bu, bölgənin sosial-iqtisadi reinteqrasiyasına töhfə verir.

“Təhsilə yatırılan hər bir investisiya gələcəyə yönələn sərmayədir,” –  Əliyev əlavə edib.

Son illərdə Dövlət Məşğulluq Agentliyi peşə təhsilinin inkişafı, gənclərin əmək bazarına inteqrasiyası və yeni texnologiyalara uyğun kadr hazırlığı sahəsində bir sıra layihələr icra edib. 2024-cü ildən etibarən kibertəhlükəsizlik və data analitika kimi ixtisaslar peşə təhsil proqramlarına daxil edilib. Qarabağ bölgəsində də peşə tədris mərkəzlərinin yaradılması işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarını artırmağı hədəfləyir.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol