Noyabrda Ağdama 900 ailə köçürüləcək

Noyabrda Ağdama 900 ailə köçürüləcək. Bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda deyib.
"Hazırda Ağdamın 3 kəndində yaşayış bərpa olunub. Ağdama növbəti ay 900 ailənin köçürülməsi nəzərdə tutulur",- Hüseynov deyib.
O bildirib ki, Ağdamda minaların təmizlənməsi prosesi sürətlə davam etdiriləcək.
Gülnar Nazimqızı