Qubada ayı hücumu olub, xəsarət alan var

Qubada ayı təsərrüfata hücum edib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib.
Rayonun Vladimirovka kənd sakini, 1989-cu il təvəllüdlü Azər İsgəndərov heyvanların saxlandığı təsərrüfatda olan zaman ayı oraya hücum edib.
Nəticədə A.İsgəndərov ayağından və bədənindən yaralanıb. Onu ayının pəncəsindən yaxınlıqda olan insanlar xilas ediblər. O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.