• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Nazirlik: Azərbaycanda pensiya sisteminin maliyyə dayanıqlılığında risk müşahidə olunmur

Nazirlik: Azərbaycanda pensiya sisteminin maliyyə dayanıqlılığında risk müşahidə olunmur
17.10.2025 14:43

Azərbaycanın Maliyyə Nazirliyi ölkənin fiskal sabitliyi və pensiya sisteminin ortamüddətli maliyyə dayanıqlılığı ilə bağlı risk əlamətlərinin müşahidə edilmədiyini açıqlayıb.

Nazirlik tərəfindən yayılan rəsmi məlumatda qeyd edilir ki, 2026–2029-cu illəri əhatə edən Orta Müddətli Xərclər Çərçivəsi sənədində sosial rifah məsələləri prioritet olaraq qalacaq.

“Hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal dayanıqlıq, o cümlədən pensiya sisteminin maliyyə dayanıqlılığında vəziyyət qənaətbəxşdir və hər hansı risk əlamətləri müşahidə olunmur,” – Maliyyə Nazirliyinin açıqlamasında qeyd olunub.

Qurum bildirib ki, ənənəvi olaraq hər il olduğu kimi, cari ildə də fiskal orqan qismində ölkənin sosial-iqtisadi, humanitar və fiskal risklərini təhlil edib və bu risklərin uzunmüddətli perspektivdə idarə olunması üçün baxışlarını təqdim edir.

Nazirlik bildirir ki, hökumətin qarşısında duran əsas vəzifələrdən biri əhalinin sosial rifahının yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması olacaq.

Azərbaycanın pensiya sistemi hazırda birgə maliyyələşmə və əməkhaqqı əsaslı yığım modelinə əsaslanır. Dövlət Sosial Müdafiə Fondunun illik hesabatlarına əsasən, pensiya ödənişlərinin təmin olunmasında əsas gəlir mənbəyi məcburi sosial sığorta haqlarıdır.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs edilib
Cəmiyyət 21:51
Məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs edilib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:06
Sabah bu ərazilərdə qaz olmayacaq
Bu tarixdən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq
Cəmiyyət 18:39
Bu tarixdən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq
Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 18:30
Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var
Metronun “Cəfər Cabbarlı-Xətai” sahəsində interval 5 dəqiqə azaldılıb
Cəmiyyət 18:06
Metronun “Cəfər Cabbarlı-Xətai” sahəsində interval 5 dəqiqə azaldılıb
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:16
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Aİ Rusiyadan qaz idxalına mərhələli qadağa tətbiq edir
Cəmiyyət 17:05
Aİ Rusiyadan qaz idxalına mərhələli qadağa tətbiq edir
Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb
Cəmiyyət 16:50
Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib
Cəmiyyət 16:32
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol