AZAL təyyarəsi Sankt-Peterburqdan qayıtmağa məcbur olub

Azerbaijan Airlines şirkətinə məxsus Airbus A320 tipli təyyarə Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 reysi zamanı eniş-qaçış şassisi ilə bağlı texniki problem səbəbindən Pulkovo hava limanına geri qayıdıb.
Şirkətdən bildirilib ki, ekipaj bütün təhlükəsizlik prosedurlarına əməl edib, yanacağın boşaldılması və eniş üçün lazımi addımlar atılıb. Hava limanında bütün təcili yardım xidmətləri hazır vəziyyətə gətirilib.
Təyyarə Bakı vaxtı ilə 04:43-də Pulkovo hava limanına uğurla enib. Enərkən təyyarə zolaqdan bir qədər kənara çıxsa da, xəsarət alan olmayıb.
Bütün 155 sərnişin operativ şəkildə təxliyə olunub.
Sərnişinlərin Bakıya çatdırılması üçün AZAL tərəfindən başqa təyyarə göndərilib.
N.Təbrizli
Son xəbərlər
Daha çox 