• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Azercell “CyberCell Hackathon”a start verir

Azercell “CyberCell Hackathon”a start verir
18.10.2025 20:29

25 komanda iki gün ərzində kibertəhlükəsizlik və süni intellekt üzrə bacarıqlarını nümayiş etdirəcək

18–19 oktyabr 2025-ci il tarixlərində Azercell Telekom və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən “CyberCell Hackathon” keçiriləcək. İki gün davam edəcək yarışın məqsədi gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, kibertəhlükəsizlik  biliklərini real mühitdə tətbiq etmələrinə şərait yaratmaq və komandada işləmə qabiliyyətlərini gücləndirməkdir.

Yarış zamanı iştirakçılar "Red Team" (hücum) və "Blue Team" (müdafiə) ssenariləri üzərində işləyərək kibertəhlükəsizlik zəifliklərini müəyyənləşdirəcək, hücumların aşkarlanması, cavablandırılması və qarşısının alınması üçün innovativ həllər hazırlayacaqlar. Eyni zamanda, komandalar süni intellekt alətləri vasitəsilə anomaliyaların aşkarlanması, loq analizləri və təhdidlərin proqnozlaşdırılması üzrə həllər təqdim edəcəklər. 

“CyberCell Hackathon”a ümumilikdə 200-ə yaxın müraciət daxil olub.  Seçim mərhələsini uğurla keçən 25 komanda yarışda iştirak hüququ qazanıb. Komandalarda ölkənin aparıcı universitetlərinin - Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri yer alır. 

Yarışda ən yüksək nəticə göstərən komandanı 4000 AZN, ikinci yerin qalibini 3000 AZN, üçüncü yerin sahibini isə 2000 AZN dəyərində pul mükafatı gözləyir.

Azercell Telekom “CyberCell Hackathon”-un bütün iştirakçılarına uğurlar arzulayır!

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:06
Sabah bu ərazilərdə qaz olmayacaq
Bu tarixdən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq
Cəmiyyət 18:39
Bu tarixdən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq
Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 18:30
Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var
Metronun “Cəfər Cabbarlı-Xətai” sahəsində interval 5 dəqiqə azaldılıb
Cəmiyyət 18:06
Metronun “Cəfər Cabbarlı-Xətai” sahəsində interval 5 dəqiqə azaldılıb
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:16
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Aİ Rusiyadan qaz idxalına mərhələli qadağa tətbiq edir
Cəmiyyət 17:05
Aİ Rusiyadan qaz idxalına mərhələli qadağa tətbiq edir
Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb
Cəmiyyət 16:50
Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib
Cəmiyyət 16:32
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib
Lənkəranda yeni kanalizasiya sistemi tikiləcək - Rəsmi
Cəmiyyət 16:24
Lənkəranda yeni kanalizasiya sistemi tikiləcək - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol