• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Bu tarixdən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq

Bu tarixdən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq
20.10.2025 18:39

Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq.Bu barədə Baku.ws-in sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

Qeyd edilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır.

Respublikanın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.

Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir.

“Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər.

Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq”, - deyə məlumatda vurğulanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:06
Sabah bu ərazilərdə qaz olmayacaq
Bu tarixdən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq
Cəmiyyət 18:39
Bu tarixdən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq
Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 18:30
Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var
Metronun “Cəfər Cabbarlı-Xətai” sahəsində interval 5 dəqiqə azaldılıb
Cəmiyyət 18:06
Metronun “Cəfər Cabbarlı-Xətai” sahəsində interval 5 dəqiqə azaldılıb
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:16
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Aİ Rusiyadan qaz idxalına mərhələli qadağa tətbiq edir
Cəmiyyət 17:05
Aİ Rusiyadan qaz idxalına mərhələli qadağa tətbiq edir
Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb
Cəmiyyət 16:50
Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib
Cəmiyyət 16:32
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib
Lənkəranda yeni kanalizasiya sistemi tikiləcək - Rəsmi
Cəmiyyət 16:24
Lənkəranda yeni kanalizasiya sistemi tikiləcək - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol