Məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs edilib

Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu ərazisində BYD markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadə hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd hərəkətlər etdiyinə görə saxlanılıb və müvafiq qərarla həbs edilib.
Son xəbərlər
Daha çox 