İki ildə "Qaradağ" GES-də 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub

"Qaradağ" Günəş Elektrik Stansiyasında iki il ərazində istehsal olunmuş 1 milyard kilovat-saat elektrik enerjisi ölkə üzrə 220 milyon kubmetr təbii qaza qənaət imkanı yaradaraq, atmosferə 400 min ton karbon qazı atılmasının qarşısını alıb. bu barədə Energetika Nazirliyi məlumat yayıb.
"Qaradağ" Günəş Elektrik Stansiyası 2023-cü ildən fəaliyyətə başlayıb.
Qaradağ GES ildə təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etməklə 110 min ev təsərrüfatını yaşıl enerji ilə təmin edir.
Aytac