• $ 1.7
  • € 1.9737
  • ₽ 0.020885
  • ₺ 0.0405
  • £ 2.2747

17 yaşlı yeniyetmə taxta udub

17 yaşlı yeniyetmə taxta udub
23.10.2025 09:47

2008-ci il təvəllüdlü yeniyetmə qarın ağrısı və qusma şikayətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Müayinə nəticəsində xəstəyə peritonit diaqnozu qoyulub və təxirəsalınmaz cərrahi əməliyyat aparılıb. 

Mərkəzin məlumatına görə, əməliyyat Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev və uşaq cərrahı Günay Əmrahlı tərəfindən icra olunub. Həkimlər nazik bağırsağın bir hissəsini çıxarıb və yoğun bağırsaqdakı defekti tikiblər.

Əməliyyat zamanı iliosekal küncdən təxminən 70–80 sm məsafədə nazik bağırsaqda iki perforasiya (deşici zədələnmə) aşkar edilib. Zədələnməyə bağırsaq mənfəzində yerləşən iti və sərt yad cisim — taxta parçası səbəb olub. Həkimlər həmçinin yoğun bağırsaqda əlavə perforativ dəlik və bağırsaq boyunca müxtəlif ölçülü sərt yad cisimlər müəyyən ediblər.

Məlumata görə, əməliyyat uğurla nəticələnib. Xəstə səkkiz günlük stasionar müalicədən sonra vəziyyəti kafi qiymətləndirilməklə ambulator müalicəyə buraxılıb.


Uşaqlarda yad cisimlərin udulması halları nadir olsa da, ciddi fəsadlara — bağırsaq deşilməsi və peritonitə — səbəb ola bilər. Həkimlər belə hallarda valideynləri uşaqların təhlükəli predmetlərlə təmasından qorumağa çağırır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda səhiyyə xərcləri artırılır
Cəmiyyət 12:34
Azərbaycanda səhiyyə xərcləri artırılır
Gələn il təhsilə ayrılan vəsait 5 milyardı keçəcək
Cəmiyyət 12:23
Gələn il təhsilə ayrılan vəsait 5 milyardı keçəcək
İcbari tibbi sığorta xərclərinə ayrılan vəsait azaldılır
Cəmiyyət 12:03
İcbari tibbi sığorta xərclərinə ayrılan vəsait azaldılır
Bu otaqda 1 saat qalana 5 milyon dollar vəd edilir
Cəmiyyət 11:07
Bu otaqda 1 saat qalana 5 milyon dollar vəd edilir
2026-cı ildən yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq — deputat
Cəmiyyət 09:57
2026-cı ildən yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq — deputat
17 yaşlı yeniyetmə taxta udub
Cəmiyyət 09:47
17 yaşlı yeniyetmə taxta udub
Yasamalın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 09:26
Yasamalın bəzi ərazilərində qaz olmayacaq
77 yaşlı ilahiyyatçı-alim Fazil İsmayılov vəfat edib
Cəmiyyət 09:07
77 yaşlı ilahiyyatçı-alim Fazil İsmayılov vəfat edib
Bakıda zəncirvari yol qəzası baş verib
Cəmiyyət 23:15
Bakıda zəncirvari yol qəzası baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol