Azərbaycanda səhiyyə xərcləri artırılır

2026-cı il dövlət büdcəsində səhiyyə sektoruna ayrılan vəsait 2 milyard 24 milyon manat təşkil edəcək.
Anews.az-ın əldə etdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Belə ki, poliklinikalar və ambulatoriyalara 20,3 milyon manat, xəstəxanalara 219,7 milyon manat, diaqnostika, profilaktika və qan xidməti ilə bağlı fəaliyyətlərə 2,95 milyon manat, səhiyyə sahəsində tətbiqi tədqiqatlara 5,12 milyon manat, səhiyyə sahəsində proqramlar və digər xidmətlərə isə 1 milyard 776 milyon manat ayrılacaq.
Eyni zamanda icbari tibbi sığorta fonduna 900 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
2025-ci il səhiyyə xərcləri üçün 1,997.2 milyon manat nəzərdə tutulub.
Gülnar Nazimqızı