“Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 11 il ötür
“Global Media” şirkətlər qrupuna daxil olan “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 11 il keçir.
Agentlik 2014-cü ildə yaradılıb və hazırda Azərbaycan, rus və ingilis dillərində yayımlanır.
“Report” siyasət, iqtisadiyyat, cəmiyyət, idman və mədəniyyət sahələrində ölkə və dünya üzrə əsas xəbərləri operativ şəkildə təqdim etməklə, geniş oxucu auditoriyası formalaşdırıb.
2018-ci ildən agentlikdə “Report Media Məktəbi” fəaliyyət göstərir. Məktəb gənc jurnalistlərin peşəkar bacarıqlarının inkişafına və media sektoruna yeni kadrların qazandırılmasına yönəlib.
Son xəbərlər
Daha çox