Ağalı kəndinin ikinci mərhələsində 103 ev istifadəyə veriləcək
Zəngilanın Ağalı kəndinə ikinci mərhələdə istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva bildirib.
Onun sözlərinə görə, evlər 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib.
Zəngilan 2020-ci oktyabrın 20-də erməni işğalından azad edilib.
Prezidentin 2023-cü il 31 iyul tarixində imzaladığı Sərəncama görə oktyabrın 20-si "Zəngilən Şəhəri Günü" kimi qeyd edilir.
Aytac