Azərbaycana kiberhücumların 12%-i bank sektoruna yönəlib
Azərbaycana edilən kiberhücumların hər səkkiz hadisəsindən biri birbaşa bank sektorunu hədəfləyir və bu tendensiya qlobal trendlə tam üst-üstə düşür. Bunu IX Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı “Mastercard”ın EEMEA üzrə Kibertəhlükəsizlik Biznesinin vitse-prezidenti Reşat Kökçen bildirib.
O bildirib ki, Azərbaycanda banklar kiberhücumların 12%-ni təkbaşına qəbul edən ən riskli sahələrdən biridir.
Onun sözlərinə görə, süni intellektin (Al) geniş tətbiqi xakerlərə daha hədəfli və sürətli hücumlar etməyə imkan verir və bu, kibertəhlükəsizlik sahəsində yeni risklər yaradır.