Robotik Reabilitasiya Mərkəzi dünya səviyyəli texnoloji avadanlıqlarla təchiz edilib
Yeni Robotik Reabilitasiya Mərkəzinə dünya səviyyəli texnoloji avadanlıqlarla təchiz edilib. Bunu TƏBİB icraçı direktor müşaviri Pərvin Əkbərov bildirib.
“Mərkəzin məqsədi xəstələrin funksional bərpa potensialını maksimum artırmaq, müalicə prosesini sürətləndirmək və yüksək keyfiyyətli multidissiplinar tibbi xidmət modelini yaratmaqdır. Mərkəz həmçinin regionda təlim, tədqiqat və klinik innovasiyalar üzrə referans mərkəzinə çevrilməyihədəfləyir”,-o vurğulayıb.
O əlavə edib ki, mərkəz qlobal tərəfdaşlarla əməkdaşlıq çərçivəsində innovativ texnologiyaların tətbiqini genişləndirməyi, fizioterapiya və tibbi reabilitasiya üzrə kadr hazırlığına töhfə verməyi planlaşdırır.
“Post-insult, kəllə-beyin travmaları və pediatrik reabilitasiya sahəsində yeni yanaşmaların tətbiqi də vacib istiqamətlərdən biri olacaq. Yeni Reabilitasiya Mərkəzi dünya səviyyəli texnoloji avadanlıqlarla təchiz edilib. Bunlara Robotik lokomasiya və yuxarı ətraf reabilitasiya sistemləri, 3D hərəkət analizi, Balans və koordinasiya ölçmə cihazları, Süni intellekt əsaslı diaqnostika və qiymətləndirmə sistemləri daxildir. Bundan əlavə, mərkəz beynəlxalq təlimlər, sertifikat proqramları və elmi-tədqiqat layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
Yeni Reabilitasiya Mərkəzində həm ambulator, həm də stasionar müalicə xidmətləri mövcuddur.
Aytac Zeynalova