Sümük iliyi transplantasiyası mərkəzindəprosedurlara dair ödəniş qaydaları açıqlanıb
Pasientlərin müraciəti zamanı alacağı tibbi xidmətlərin sayı müəyyən olunmuş norma və tələblərə uyğun şəkildə təmin ediləcək. Bunu TƏBİB-in içraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, prosedurların ümumi sayı xəstənin tibbi vəziyyətindən asılı olaraq genişləndirilə bilər.
Vətəndaşın ilkin mərhələdə nəzərdə tutulmuş 30 və ya daha çox prosedurdan sonrakı xidmətlərə ehtiyacı yaranarsa, həmin xərclərin bir qismi dövlət tərəfindən qarşılanacaq. Prosedurların digər hissəsi isə pasientin şəxsi vəsaiti hesabına ödəniləcək. Bütün hallarda pasientə əlavə xidmətlərin həcmi və ödəniş şərtləri barədə əvvəlcədən ətraflı məlumat veriləcək”, Qurbanov vurğuıayıb.
Aytac Zeynalova