Gələn ildən icbari tibbi sığortada dəyişikliklər olacaq
Gələn il üçün tibbi xidmətlərin təminata daxil edilməməsi səbəbindən rəsmi dəyişikliklərin olması gözlənilir. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, tibbi xidmətlərin dəyərinin ödənilməsi dövlətin mövcud öhdəlikləri nəzərə alınmaqla İcbari Tibbi Sığorta Agentliyi tərəfindən həyata keçirilir.
"Büdcə məsələləri Agentlik tərəfindən qiymətləndirilir və yekun qərarlar müzakirələrdən sonra veriləcək. Sığortalı və sığortalı olmayan vətəndaşların bölgüsü ilə bağlı işlər aparılı. Ölkədə sığortalı və sığortalı olmayan əhali qrupu müəyyən edilib. Sığorta haqqını ödəyən şəxslər sığortalı hesab olunacaq və onlara xidmətin hansı səviyyədə göstəriləcəyi, xidmətin çərçivəsi Agentlik tərəfindən müəyyənləşdiriləcək. Sığortalı olmayan kateqoriyalar üçün isə əlavə maarifləndirmə və izah işləri davam etdirilir",- o bildirib.
Aytac Zeynalova