İnformasiya təhlükəsizliyinin gücləndirilməlidir - İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən D8 Media Forumunun iştirakçılarına ünvanladığı məktubda təşkilat çərçivəsində media əməkdaşlığının genişləndirilməsinin vacibliyini bildirib.
Prezident qeyd edib ki, Azərbaycan ötən il D8-ə üzv seçildikdən sonra qurumun iqtisadi, sosial, humanitar gündəminə aktiv töhfə verib. Onun sözlərinə görə, 1,2 milyard əhalisi olan D8 məkanı dayanıqlı inkişaf, rəqəmsal transformasiya, süni intellekt, iqlim dəyişikliyinin azaldılması və enerji təhlükəsizliyi kimi sahələrdə geniş potensiala malikdir.
Məktubda media mühitində artan dezinformasiya, feyk xəbərlər, kibertəhdidlər və dərin saxtalaşdırmaların qlobal sabitliyə ciddi zərbə vurduğu qeyd olunub.
Əliyev forumun D8 ölkələrinin media qurumları arasında “ədalətli, qərəzsiz və məsuliyyətli informasiya məkanı” formalaşdırılmasına töhfə verəcəyinə inandığını bildirib.
Prezident vurğulayıb ki, Azərbaycan jurnalistikanın peşəkarlığının artırılması, faktlara əsaslanan xəbər istehsalı və media savadlılığının inkişafı üzrə beynəlxalq təşəbbüslərə dəstək verməyə davam edəcək.
N.Təbrizli
Son xəbərlər
Daha çox