Sabah Cəlilabadda 3200 abonentin qazı kəsiləcək
Sabah Cəlilabad şəhərində 3200 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Cəlilabad şəhərinin Azərbaycan küçəsində yerləşən qeyri-yaşayış sahəsinin qazlaşdırılması məqsədilə çəkilmiş yeni qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır.
Bununla əlaqədar noyabrın 26-da saat 10:00-da şəhərin H.Əliyev prospekti, Azərbaycan küçəsinin bir hissəsi, Azərtürk, Cavadxan, Şəhriyar, N. Nərimanov, Q. İsmayılov, 8 Mart, M. F. Axundov, M. Ə. Sabir, Babək, Ş. Qurbanov, H. Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Füzuli, V. Niftullayev, D. Qorqud, V. Mürsəlov və S. Vurğun küçələri də daxil olmaqla ümumilikdə 3200 abonentin qaz təchizatı dayandırılacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.