Azərbaycan və Pakistan investisiya axınlarının artırılmasını müzakirə edib
Azərbaycan və Pakistan arasında qarşılıqlı investisiya axınlarının artırılması barədə fikir mübadiləsi aparılıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" sosial şəbəkə hesabında paylaşıb edib.
"Pakistan İslam Respublikasına səfərimiz çərçivəsində Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşməkdən məmnun olduq. Neft-qaz sektoruna sərmayələr də daxil olmaqla, qarşılıqlı investisiya axınlarının artırılması, birgə layihələrin təşviqi və biznes dairələri arasında əməkdaşlığın fəal dəstəklənməsi barədə fikir mübadiləsi apardıq", - deyə nazir bildirib.