Bakı metrosunda texniki nasazlıq səbəbindən qatar intervalında gecikmələr yaranıb
Bakı Metropoliteni “Nərimanov” elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində baş verən qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkət intervalında gecikmələrin müşahidə olunduğunu bildirib.
Məlumata görə, “Bakmil” stansiyasının fəaliyyəti də məhdudlaşdırılıb.
Qurum texniki xidmətin enerji təminatının bərpası üçün operativ şəkildə iş apardığını qeyd edib və vəziyyət tam normallaşdıqdan sonra əlavə məlumat veriləcəyini bildirib.
Metropoliten sərnişinlərdən yaranmış narahatlığa görə üzr istəyib.
Son xəbərlər
Daha çox