Sabah Kəngərli rayonunda işıq olmayacaq

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda elektrik verilişində fasilə yaranacaq.
"Report" xəbər verir ki, "Naxçıvan Enerji" MMC-nin sifarişi əsasında 110/35/10 kV-luq Qıvraq yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar olaraq 1 dekabr tarixində saat 16:00-dan 18:00-a qədər Kəngərli rayonunda və bir neçə kənddə elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
İşlər tamamlandıqdan sonra elektrik təchizatı tam bərpa ediləcək.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























