Deputat kəndlərarası yolların bərpa olunmasının vacibliyini vurğulayıb
Deputat Cavanşir Paşazadə Lənkəran və Masallı rayonlarında yol infrastrukturu, kənd təsərrüfatı təminatı ilə bağlı hökuməti əlavə tədbirlər görməyə çağırıb.
Parlamentdə çıxış edən Paşazadə bildirib ki, Gil, Veravul, Masallı və Xıl kəndlərini birləşdirən yolların təmirə ehtiyacı var və bunun üçün əlavə büdcə vəsaitinin ayrılması zəruridir.
Deputat kənd təsərrüfatında texnika və gübrənin gecikdirilməsi səbəbindən fermerlərin çətinliklərlə üzləşdiyini söyləyib. O, müasir suvarma sistemlərinin yaradılmasının vacibliyini də vurğulayıb.
Paşazadəyə görə, bəzi kəndlərdə tibb məntəqələri bərbad vəziyyətdədir, bir sıra məktəblərdə isə istilik sistemi yoxdur. O, sosial infrastrukturun bərpası üçün büdcədən əlavə vəsait ayrılmasını təklif edib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox