Cenevrə saatları ilə imam zamanı arasında seçim etməliyik-Mirşahin
Azərbaycanda qeyri-neft sektorunun davamlı inkişafı üçün elm sahəsi prioritet istiqamətə çevrilməlidir. Bu barədə Real TV-nin rəhbəri Mirşahin Ağayev "Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: beyin mərkəzləri, akademik elm və universitetlər" mövzusunda keçirilən dəyirmi masada bildirib.
Ağayev deyib ki, ölkədə elmin kommersiyalaşdırılması və “elmin ixracı” üzərində düşünmək vacibdir.
“Bir tərəfdə Cenevrə, İsveçrə saatları var, digər tərəfdə isə hələ də ‘imam zamanı’ ilə yaşayanlar. Bu, olduqca ciddi məsələdir — elmin ixracı ilə məşğul olmalıyıq. Əgər bu gün elm pul qazanacaqsa, qoy qazansın, dövlət də buna dəstək verəcək. Amma aldığı pulu ölkəyə necə qaytaracaq — əsas sual budur”, — o əlavə edib.
Gülnar Nazimqızı