Ceyhun Bayramov Avstriyaya gedib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 3-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun dekabrın 4-5-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























