Bakı anbarında 1 tondan çox yararsız at əti aşkarlanıb
Bakı şəhərinin Yasamal rayonunda yerləşən ərzaq anbarında fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız at əti aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi birgə məlumat verib.
İki nəfər – Kamal Əkbərov və Mehman Cəfərov – qanunsuz fəaliyyət şübhəsi ilə saxlanılıb. Orqanların bildirdiyinə görə, məntəqəyə baxış zamanı 1 tondan artıq yararsız at əti tapılıb.
İlkin araşdırma həmin ətlərin keyfiyyətli mal əti adı ilə satışa çıxarıldığını göstərib. Nümunələr laboratoriya ekspertizasına göndərilib və məhsulun qidaya yararsız olduğu təsdiqlənib.
İstintaq tədbirləri davam edir.