• $
  • £

Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub

Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
06.12.2025 19:12

Bakıda təmir-bərpa zamanı memarlıq abidəsinə ziyan dəyib.Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş yaşayış binasının yaxınlığında 2023-cü ildə “VEST PARK” MMC tərəfindən yeni yaşayış binasının tikintisinin aparılması planlaşdırılıb:

"Tarixi abidənin yaxınlığında tikinti işləri aparılacağı üçün yeni inşa olunacaq binanın layihəsinə baxılması məqsədilə 29 avqust 2023-cü il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət ünvanlanıb. Dövlət Xidmətinin 5 sentyabr 2023-cü il tarixli cavab məktubunda planlaşdırılan tikinti nəticəsində sözügedən tarixi abidəyə təhlükə yarana biləcəyi nəzərə alınaraq, mümkün risklərin qarşısının alınması məqsədilə sözügedən şirkətin vəsaiti hesabına tarixi binada təmir-bərpa işlərinin həyata keçirilməsi tələb olunub.

7 noyabr 2023-cü il tarixində binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətində və dam örtüyündə təmir-bərpa işlərinin layihəsi hazırlanmış və qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb, Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra şirkət tərəfindən bərpa işlərinə başlanılıb. Lakin, təmir-bərpa işlərinin gedişi zamanı təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozulub".

Qeyd olunub ki, Dövlət Xidmətinə təqdim edilərək razılaşdırılan layihədə mövcud dam örtüyünün (ruberoid) saxlanılması nəzərdə tutulduğu halda, şirkət tərəfindən həmin örtük yeni metal kirəmit tipli konstruksiya ilə əvəz edilib, damda yerləşən tüstü və havalandırma bacaları tamamilə qapadılıb və quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlığına əlavə təhlükə yaradıb:

"Bu səbəbdən də Dövlət Xidməti tərəfindən işlər dayandırılıb, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli Qərarı ilə “VEST PARK” MMC təqsirli hesab edilib.

Abidənin tarixi görkəminə qaytarılması tələbinə “VEST PARK” MMC tərəfindən layihədən kənar quraşdırılmış dam örtüyü sökülüb və zədələnib. Nəticədə yağan yağış suları sakinlərin mənzillərinə dolub".

Məlumata görə, binanın dam örtüyünün şirkət tərəfindən tezliklə təmir edilməsi üçün aidiyyəti üzrə tədbirlər görüləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün od çərşənbəsidir
Cəmiyyət 00:02
Bu gün od çərşənbəsidir
Ramazanın on üçüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:24
Ramazanın on üçüncü gününün duası - İmsak və iftar vaxtı
İrandan Azərbaycana 553 nəfər təxliyə edilib - Yenilənib
Cəmiyyət 20:21
İrandan Azərbaycana 553 nəfər təxliyə edilib - Yenilənib
Üzərliklə bağlı daha bir qurumdan xəbərdarlıq
Cəmiyyət 19:00
Üzərliklə bağlı daha bir qurumdan xəbərdarlıq
İranın ali rəhbəri Əli Xameneinin həyat yoldaşı zərbələr nəticəsində vəfat edib
Cəmiyyət 17:25
İranın ali rəhbəri Əli Xameneinin həyat yoldaşı zərbələr nəticəsində vəfat edib
Yaxın Şərqdə məhdudiyyətlər Azərbaycan üzərindən tranzit uçuşları 150-dən çox artırıb
Cəmiyyət 17:21
Yaxın Şərqdə məhdudiyyətlər Azərbaycan üzərindən tranzit uçuşları 150-dən çox artırıb
26 əmək yarmarkasında 1654 vakansiya təqdim olunub – Dövlət Məşğulluq Agentliyi
Cəmiyyət 16:38
26 əmək yarmarkasında 1654 vakansiya təqdim olunub – Dövlət Məşğulluq Agentliyi
Ağdərədə istismar müddəti başa çatan döyüş sursatları məhv ediləcək
Cəmiyyət 15:56
Ağdərədə istismar müddəti başa çatan döyüş sursatları məhv ediləcək
İranın iki PUA-sı Qətərdə enerji obyektlərini hədəf alıb
Cəmiyyət 15:48
İranın iki PUA-sı Qətərdə enerji obyektlərini hədəf alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol