• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

“Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırılıb

“Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırılıb
08.12.2025 16:24

Bakıda yanğın təhlükəli şadlıq evinin fəaliyyəti dayandırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətnuat xidmətindən bildirilib.

Məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 33 ünvanında yerləşən “Qızıl qaya” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib;

- ⁠obyektdə quraşdırılan yanğınxəbərverici siqnalizasiya qurğuları işlək vəziyyətdə deyil;

- ⁠obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

- ⁠yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilə təmin edilməyib, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb və su mənbəyinə qədər olan məsafə qeyd olunmayıb;

- daxili yanğın kranları lülə və atıcı şlanqlarla təmin edilməyib;

- köçürmə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmır;

- ⁠obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- ⁠taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- ⁠obyektin siqaret çəkilməsi qadağan edilmiş otaqlarında və ərazilərində gözəçarpan yerlərdə qadağanedici nişanlar asılmayıb;

- ⁠yanğınxəbərverici siqnalizasiya qurğularına planlı texniki xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə bağlanılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Qızıl qaya” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Süni intellekt enerji sərfini artırır — Firuddin Qurbanov
Cəmiyyət 16:28
Süni intellekt enerji sərfini artırır — Firuddin Qurbanov
“Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 16:24
“Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırılıb
Azərbaycan 2028-ci ilə qədər süni intellekt üçün normativ baza və texniki standartlar hazırlayır
Cəmiyyət 16:11
Azərbaycan 2028-ci ilə qədər süni intellekt üçün normativ baza və texniki standartlar hazırlayır
Elnur Soltanov: İqlim tədbirləri iqtisadi istehsala zərər verməməlidir
Cəmiyyət 16:00
Elnur Soltanov: İqlim tədbirləri iqtisadi istehsala zərər verməməlidir
4 minə yaxın sahədə monitorinq aparılıb - Nazirlik vəziyyəti açıqlayıb
Cəmiyyət 15:34
4 minə yaxın sahədə monitorinq aparılıb - Nazirlik vəziyyəti açıqlayıb
Nazirliyin süni intellektlə hazırladığı 5 layihə başa çatıb
Cəmiyyət 15:25
Nazirliyin süni intellektlə hazırladığı 5 layihə başa çatıb
DTX tərəfindən saxlanılan Məmməd İbrahim barəsində qərar qüvvədə saxlanılıb
Cəmiyyət 15:16
DTX tərəfindən saxlanılan Məmməd İbrahim barəsində qərar qüvvədə saxlanılıb
Antalyada 4,9 bal gücündə zəlzələ olub
Cəmiyyət 15:01
Antalyada 4,9 bal gücündə zəlzələ olub
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
Cəmiyyət 14:45
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol