• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

On bir ayda əhaliyə neçə manatlıq məhsul satılıb? - Məbləğ

On bir ayda əhaliyə neçə manatlıq məhsul satılıb? - Məbləğ
11.12.2025 13:02

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58,571.3 milyon manatlıq mal satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7% çoxdur. Bu artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2%, qeyri-ərzaq malları üzrə isə 6,7% təşkil edib.Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Hesabat dövründə alıcıların pərakəndə şəbəkədə xərclədikləri vəsaitin 50,4%-i ərzaq məhsulları, 4,1%-i içkilər və tütün məmulatları, 14,9%-i geyim, ayaqqabı və toxuculuq məhsulları, 6,0%-i avtomobil benzini və dizel yanacağı, 4,8%-i elektrik malları və mebellər, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 1,4%-i kompüter və telekommunikasiya avadanlıqları, 16%-i digər qeyri-ərzaq mallarına sərf olunub.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri satışların 99,8%-ni təmin edib. Müəssisələr üzrə pərakəndə ticarət dövriyyəsi real ifadədə 7,0%, fərdi sahibkarlar üzrə 1,2%, bazar və yarmarkalarda isə 4,8% artıb.

Hesabat dövründə əhalinin hər bir nəfəri orta hesabla aylıq 519,9 manatlıq alış edib, bunun 283,5 manatı ərzaq, içki və tütün məmulatlarına, 236,4 manatı isə qeyri-ərzaq mallarına yönəlib.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 8 məktəblinin saqqızdan zəhərlənməsi iddia olunur
Cəmiyyət 13:50
Bakıda 8 məktəblinin saqqızdan zəhərlənməsi iddia olunur
6-7 ildir yağış yağanda evləri və küçəni su basır - Şikayət/Video
Cəmiyyət 13:40
6-7 ildir yağış yağanda evləri və küçəni su basır - Şikayət/Video
Xocalıya növbəti 107 nəfər yola salınıb
Cəmiyyət 13:23
Xocalıya növbəti 107 nəfər yola salınıb
Azərbaycanda generalın oğlu həbs edilib
Cəmiyyət 13:13
Azərbaycanda generalın oğlu həbs edilib
On bir ayda əhaliyə neçə manatlıq məhsul satılıb? - Məbləğ
Cəmiyyət 13:02
On bir ayda əhaliyə neçə manatlıq məhsul satılıb? - Məbləğ
6 aptekdə plandankənar yoxlama aparılıb - Rəsmi
Cəmiyyət 12:46
6 aptekdə plandankənar yoxlama aparılıb - Rəsmi
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:35
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan və Türkiyə HDQ nümayəndələri Bakıda görüşüb
Cəmiyyət 11:45
Azərbaycan və Türkiyə HDQ nümayəndələri Bakıda görüşüb
Xəzər Tibb mərkəzinə edilən müraciətlərin sayı açıqlanıb
Cəmiyyət 11:10
Xəzər Tibb mərkəzinə edilən müraciətlərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol