Sabah bu yollar bağlanacaq - Siyahı
Azərbaycanın eks prezidenti Heydər Əliyevin anım günü ilə bağlı paytaxtın mərkəzi hissəsində bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti 12 dekabr saat 08:00-dan mərasim bitənədək tam məhdudlaşdırılacaq. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi (DYP) məlumat yayıb.
Belə ki, Parlament prospekti ilə kəsişən və birləşən bütün küçələr bağlanacaq.
Məhdudlaşdırma Fəxri xiyaban istiqamətində insanların fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.
Hərəkəti dəyişdiriləcək əsas istiqamətlər bunlardır:
Mikayıl Müşfiq küçəsi – Hüseyn Cavid prospekti kəsişməsi
Mikayıl Müşfiq dairəsi – Mətbuat prospekti
Mehdi Hüseyn küçəsi (Teleteatrın qarşısı)
İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsi – Milli Məclisin arxa hissəsi
Polis sürücülərə xəbərdarlıq edib ki, həmin ərazilərə giriş tam bağlanacaq və istiqamətlər dəyişdiriləcək. DYP paytaxt sakinlərini şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyə, ictimai nəqliyyata üstünlük verməyə çağırıb.