• $ 1.7
  • € 2.0401
  • ₽ 0.022295
  • ₺ 0.0392
  • £ 2.3464

Gələn il 241 gün işləyəcəyik

Gələn il 241 gün işləyəcəyik
11.12.2025 17:52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Nazirlikdən  verilən məlumata görə, təqvim Əmək Məcəlləsi və Nazirlər Kabinetinin bayram günlərinə dair son qərarları nəzərə alınmaqla hazırlanıb.

Sənədə əsasən, 2026-cı ildə aşağıdakı tarixlər iş günü hesab edilmir:


1–2 yanvar (Yeni il), 20 yanvar (Ümumxalq Hüzn Günü), 8 mart, 20–24 mart (Novruz), 20–21 mart (Ramazan), 9 may, 27–28 may (Qurban bayramı), 28 may (Müstəqillik Günü), 15 iyun, 26 iyun, 8 noyabr, 9 noyabr, 31 dekabr.

Beşgünlük iş həftəsi üzrə 2026-cı ildə 241 iş günü, 107 istirahət günü, 19 bayram günü və 1 Ümumxalq Hüzn Günü müəyyənləşdirilib. Həmin ildə il üzrə ümumi iş vaxtı norması 1922 saat təşkil edir.

Qanunvericiliyə əsasən, gündəlik normal iş vaxtı 8 saatdan, həftəlik iş vaxtı isə 40 saatdan artıq ola bilməz. Bayramqabağı və Hüzn Günü qabağı iş günlərində iş saatı bir saat qısaldılır.

Nazirlik bildirir ki, 2026-cı il üçün istehsalat təqvimi və iş vaxtı norması qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gömrükdə aşkarlanmış 164 milyon manatlıq narkotik məhv edilib
Cəmiyyət 17:20
Gömrükdə aşkarlanmış 164 milyon manatlıq narkotik məhv edilib
Sabiq nazirə artıq pensiya ödəndiyi üçün geri alınacaq
Cəmiyyət 16:54
Sabiq nazirə artıq pensiya ödəndiyi üçün geri alınacaq
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı
Cəmiyyət 16:48
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı
Prezident Gənclər Günü münasibətilə onları təltif edib
Cəmiyyət 16:35
Prezident Gənclər Günü münasibətilə onları təltif edib
Küləklə bağlı sarı xəbərdarlıq edilib
Cəmiyyət 16:21
Küləklə bağlı sarı xəbərdarlıq edilib
“Azərpambıq”ın ixrac gəliri 2025-ci ildə 31% azalıb
Cəmiyyət 15:49
“Azərpambıq”ın ixrac gəliri 2025-ci ildə 31% azalıb
Fervalda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ
Cəmiyyət 15:12
Fervalda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ
Naxçıvan Dövlət Universitetində yeni tələbə yataqxanası tikiləcək
Cəmiyyət 14:04
Naxçıvan Dövlət Universitetində yeni tələbə yataqxanası tikiləcək
Şənbə günü hava yağmursuz olacaq
Cəmiyyət 12:51
Şənbə günü hava yağmursuz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol