Xırdalanın bəzi yerlərində qaz kəsilib
Xırdalan şəhərinin bəzi ərazilərində qazın verilişi dayandırılıb.Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, saat 17:45-də “AF Park” ərazisində avtomobil qaz xətlərini sındırıb.
Bu səbəbdən “AF Park” yaşayış kompleksinin, Mehdi Hüseynzadə, Alim Qəhrəmanov, Əhməd Cavad küçələrinin qaz təchizatı dayandırılıb.