• $
  • £

Ağcabədi Pedaqoji Kollecinə və Qida Sənayesi Kollecinə yeni direktor müavinləri təyin edilib

Ağcabədi Pedaqoji Kollecinə və Qida Sənayesi Kollecinə yeni direktor müavinləri təyin edilib
12.12.2025 09:55

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əmri ilə iki kollecdə yeni tədris işləri üzrə direktor müavinləri təyin olunub.

Məlumata görə, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin, İsmayıl Məmmədov isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecinin direktor müavini vəzifəsinə gətirilib.

Əhəd Məmmədov “İngilis dili müəllimliyi” üzrə bakalavr təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında alıb, magistratura təhsilini ADA Universitetində davam etdirir. O, 2017-ci ildən müəllim kimi çalışıb, müxtəlif məktəblərdə dərs deyib və beynəlxalq layihələrdə iştirak edib.

İsmayıl Məmmədov isə Bakı Dövlət Universitetində “Regionşünaslıq”, Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi (Maliyyə)” üzrə təhsil alıb. O, özəl sektorda və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda çalışıb, son olaraq UNEC-də müəllim vəzifəsində fəaliyyət göstərib.

Gülnar 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda bir il ərzində hər 100 nəfərdən 56-sı boşanır
Cəmiyyət 12:04
Bakıda bir il ərzində hər 100 nəfərdən 56-sı boşanır
DSX: Dövlət sərhədini pоzduqlarına görə16 nəfər saxlanılıb
Cəmiyyət 12:04
DSX: Dövlət sərhədini pоzduqlarına görə16 nəfər saxlanılıb
Fazil Mustafa: Rusiyada həbs olunan azərbaycanlıların müdafiəsi üçün ciddi addımlar atılmalıdır
Cəmiyyət 11:57
Fazil Mustafa: Rusiyada həbs olunan azərbaycanlıların müdafiəsi üçün ciddi addımlar atılmalıdır
Deputat: Güclü məhkəmə olmadan sosial ədaləti bərpa etmək mümkün deyil
Cəmiyyət 11:50
Deputat: Güclü məhkəmə olmadan sosial ədaləti bərpa etmək mümkün deyil
Ombudsman “Məktəbli avtobusları” xidmətinin ödənişinə yenidən baxılmasını təklif edib
Cəmiyyət 11:37
Ombudsman “Məktəbli avtobusları” xidmətinin ödənişinə yenidən baxılmasını təklif edib
İnternetin xərcləri mexanizminə yenidən baxılmalıdır - Ombudsman
Cəmiyyət 11:31
İnternetin xərcləri mexanizminə yenidən baxılmalıdır - Ombudsman
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Cəmiyyət 10:09
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Bu gün od çərşənbəsidir
Cəmiyyət 00:02
Bu gün od çərşənbəsidir
Ramazanın on üçüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:24
Ramazanın on üçüncü gününün duası - İmsak və iftar vaxtı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol