• $ 1.7
  • € 1.9874
  • ₽ 0.021662
  • ₺ 0.0399
  • £ 2.2728

DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət

DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət
13.12.2025 14:30

DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət bildirilib.Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki,köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlər müsabiqəyə buraxılmayıblar.Həmin abituriyentlərin cavabları DİM-in imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən şübhə yaratdığı üçün ümumiyyətlə elan edilməyib və nəticə ilə bağlı səhifələrində “Sizin imtahan nəticələriniz araşdırılır” bildirişi göstərilib.

Daha sonra həmin nəticələr şübhə doğuran məqamlarla birlikdə araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub. Onların araşdırmasından sonra həmin şəxslərin əməlləri üzə çıxıb materiallar istintaqa təqdim olunub.

Abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıqla məşğul olan şəxs və təhsil ekspertinin buraxılış imtahanlarının gedişində abituriyentlərə testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib. Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslər məhkəmə qarşısına çıxarılıb.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə kurs rəhbəri barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, təhsil eksperti barədə isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət
Cəmiyyət 14:30
DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:25
Sabahın hava proqnozu açıqlanıb
Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub
Cəmiyyət 13:15
Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub
Abşeronda "Azərişıq"ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 13:07
Abşeronda "Azərişıq"ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 13:00
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
Dənizkənarı Milli Parkda oğurluq edən şəxslər saxlanılıb
Cəmiyyət 12:34
Dənizkənarı Milli Parkda oğurluq edən şəxslər saxlanılıb
Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb
Cəmiyyət 12:07
Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb
Gəncə sakini itkin düşüb
Cəmiyyət 11:25
Gəncə sakini itkin düşüb
Qaxa qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:25
Qaxa qar yağıb - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol