FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə müşahidə olunan soyuq və şaxtalı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Nazirliyin məlumatında bildirilib ki, xüsusilə dağlıq rayonlarda soyuq və şaxtalı hava şəraiti əhali üçün təhlükə yarada bilər.
FHN dağlıq ərazilərdə yaşayan və səfər edən şəxslərə yaşayış məntəqəsini mümkün qədər tərk etməməyi tövsiyə edib. Hərəkət zərurəti yaranarsa, yaxınlara əvvəlcədən məlumat verilməli və avtomobillərin texniki vəziyyəti, yanacaq ehtiyatı yoxlanılmalıdır. Nazirlik qar uçqunu riski olan yerlərdən və dik yamaclardan uzaqlaşmağı, qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edir.
Soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadəni artırdığından, FHN yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyi xatırladıb. Qeyri-standart və ya nasaz qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddən artıq yüklənməməli və cihazlar nəzarətsiz qoyulmamalıdır.
Nazirlik bildirib ki, təhlükəsizlik qaydalarına əməl olunmaması insan həyatına təhlükə yarada bilər.
Təhlükə zamanı 112-yə zəng edin!
Son xəbərlər
Daha çox