• $ 1.7
  • € 1.9947
  • ₽ 0.02092
  • ₺ 0.0395
  • £ 2.3043

Həbsdə olan jurnalistlər amnistiyaya düşə bilərmi?

Həbsdə olan jurnalistlər amnistiyaya düşə bilərmi?
15.12.2025 15:55

Dekabrın 15-də Prezident İlham Əliyev humanizm və mərhəmət prinsiplərini əsas götürərək Azərbaycanda 20 mindən çox şəxslə bağlı amnistiya elan edilməsi təşəbbüsü irəli sürüb.

Proqnozlara görə, amnistiya çərçivəsində 5 mindən çox məhkum azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan və ya şərti cəzalardan azad olunacaq. Bundan əlavə, mindən çox şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Təşəbbüs Azərbaycan suverenliyinin bərpası və Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin olunması fonunda, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə və azad edilən şəxslərin qanunlara əməl edəcəyinə inamla əsaslandırılıb.

Bu amnistiya hüquq müdafiə təşkilatlarının "siyasi məhbus" adlandırdığı şəxslərə şamil edilə bilərmi?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Anews.az-a bildirib ki, amnistiya aktı qanunvericiliyin konkret maddələrinə tətbiq olunacaq və fərdi hallar layihə təqdim edildikdən sonra qiymətləndirilə bilər.

“Mətbuat nümayəndələrinin siyasi fəaliyyətlə əlaqəli olan şəxslər və ya qeyriləri üzərindən məsələni dəyərləndirməsi indiki halda bir qədər çətin olacaq. Çünki onların hazırda istintaq altında olduğu və bəzilərinə hələ hökm verilmədiyi bir şəraitdə bu addımların onlara tətbiq edilməsi mümkündür. Yenə də bunu qəti hökm kimi söyləmək çətindir. Çünki biz həmin layihəni görərək dəyərləndirməliyik",  -  o bildirib.

Zahid Oruc 5 mindən artıq şəxsin azadlığa çıxacağı, o cümlədən 3 mindən artıq şəxsin cəzadan azad olunacağı, 7 mindən çox məhkumun azadlığının məhdudlaşdırılması ilə bağlı məsələlərin bu qərardan təsirlənəcəyini böyük hadisə adlandırıb. 

"Bu qərar siyasi mahiyyətinə görə birliyə və barışa xidmət edir. Məsələ konkret olaraq hər hansı media platformasının nümayəndələrinin bu siyahıya düşüb-düşməməsi ilə bağlı deyil. Dövlət qəti şəkildə istəmir ki, bəyan olunan həmin 400 məhbus məsələsinə görə beynəlxalq aləmlə münasibətlərdə bu nyüanslar xüsusi vurğulansın", - Oruc bildirib. 

Milli Məclisin amnistiya aktı ilə bağlı media nümayəndələrinin siyahıya salınması üçün təşəbbüs sürüb-sürməyəcəyi sualına deputat cavab olaraq bildirib ki, parlamentin belə bir təşəbbüs irəli sürmək hüququ var.

“Konkret olaraq qanunvericilik təşəbbüsü indiki halda prezidentə məxsusdur. Lakin müzakirələr zamanı Milli Məclisin üzvləri digər maddələr üzrə də amnistiya yanaşmasının humanist mövqeyinin tətbiqini təklif edə bilərlər. Bu, parlamentin hüququdur. Ancaq həmin məsələ qanunvericilik təşəbbüsü ilə razılaşdırılmalıdır", - deputat deyib. 

Birinci Qarabağ müharibəsinin veteranı Tofiq Yaqublu amnistiyaya düşə bilərmi sualına cavabında deputat bildirib ki,  “indiki halda fərdlər üzərindən dəyərləndirmə aparsaq, bütün əfv və amnistiyaları yalnız siyasi yanaşmalarla qiymətləndirən qüvvələrlə eyni addımı atmış olarıq.

"Biz çalışmalıyıq ki, siyasi mövqeyimizdə dövlətimizin, cəmiyyətimizin və qələbəmizin mənafeyini ön plana çəkək", - Zahid Oruc əlavə edib. 

Vəkil Elçin Sadığov isə bildirib k, həbsdə olan jurnalistlər bu amnistiyaya düşə bilməz. 

"Amnistiya layihəsindən görünür ki,  ağır cinayətdə ittiham və məhkum olunanlara bu amnistiya şamil edilməyəcək. Həbsdə lan jurnalistlər isə Cinayət Məcəlləsinin ağır cinayət nəzərdə tutan maddəsi ilə ittiham olunur. Odur ki, amnistiya onlara aid edilə bilməz", - Sadıqov bildirib.

Sonuncu dəfə Azərbaycanda amnistiya 2023-cü  ildə verilib. Ümumilikdə isə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra 10-a  yaxın amnistiya verilib. Amma bu il veriləcək amnistiya aktı öz miqyasına görə ən iri miqyaslıdır. 

Hazırda Azərbaycanda 30-a yaxın jurnalist həbsdədir. Jurnliatlər barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.

Gülnar Nazimqızı 

Aytac Zeynalova

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı metrosunda qatar yoluna düşən sərnişin ölüb - Yenilənib
Cəmiyyət 20:41
Bakı metrosunda qatar yoluna düşən sərnişin ölüb - Yenilənib
Gəncə-Qəbələ-Gəncə qatar marşrutu üzrə hərəkət cədvəli açıqlanıb
Cəmiyyət 19:28
Gəncə-Qəbələ-Gəncə qatar marşrutu üzrə hərəkət cədvəli açıqlanıb
Sarayda 2-ci sinif şagirdi dəm qazından boğularaq ölüb
Cəmiyyət 18:37
Sarayda 2-ci sinif şagirdi dəm qazından boğularaq ölüb
Biləcəridə iki küçədə yol hərəkəti yenidən təşkil olunub
Cəmiyyət 18:23
Biləcəridə iki küçədə yol hərəkəti yenidən təşkil olunub
Ötən il dövlət sərhədində axtarışda olan 3922 nəfər saxlanılıb
Cəmiyyət 18:00
Ötən il dövlət sərhədində axtarışda olan 3922 nəfər saxlanılıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 17:37
Bu ərazilərdə qaz olmayacaq
2025-ci ildə Azərbaycanın dövlət sərhədində 128 milyon manatlıq qaçaqmal tutulub - Hesabat
Cəmiyyət 17:07
2025-ci ildə Azərbaycanın dövlət sərhədində 128 milyon manatlıq qaçaqmal tutulub - Hesabat
Plazalarda şəxsiyyət vəsiqəsinin tələb olunması qanunla doğrudurmu?
Cəmiyyət 16:25
Plazalarda şəxsiyyət vəsiqəsinin tələb olunması qanunla doğrudurmu?
“Nestle”nin geri çağrılan uşaq qidaları Azərbaycanda varmı? - Açıqlama
Cəmiyyət 15:02
“Nestle”nin geri çağrılan uşaq qidaları Azərbaycanda varmı? - Açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol