Bakıda məktəbdə müəllim vəfat edib
Bakıda orta məktəblərin birində müəllim iş zamanı vəfat edib. Yerli medianın məlumatına görə, hadisə dekabrın 16-da saat 12:00 radələrində Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbdə baş verib.
Məktəbdə ibtidai sinif müəllimi işləyən, 1979-cu il təvəllüdlü Sevda Qismət qızı Həsənovanın halı qəfil pisləşib. Hadisə yerinə çağırılan təcili tibbi yardıma baxmayaraq, 46 yaşlı müəllimin həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata əsasən, ölümə ürək çatışmazlığı səbəb olub.
Faktla bağlı araşdırma aparılır.