TƏBİB 50 xarici dövlətlə səhiyyə sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələri qurub
2025-ci ildə TƏBİB ümumilikdə 25 beynəlxalq təşkilatla əməkdaşlıq edib. Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.
O bildirib ki, bu təşkilatlar sırasında səhiyyə və texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq şirkət və qurumlar yer alır.
"TƏBİB-in həm beynəlxalq təşkilatlarla, həm də xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrini daha da möhkəmləndirib. Eyni zamanda TƏBİB 50 xarici dövlətlə səhiyyə sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələri qurmuş və ya mövcud əməkdaşlığı davam etdirilib. Bu ölkələr sırasında Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Yaponiya, Türkiyə, Koreya Respublikası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İsveçrə, Norveç, Qazaxıstan, Özbəkistan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Ukrayna və digər Avropa və Asiya ölkələri yer alır. Bu geniş coğrafiya TƏBİB-in beynəlxalq səhiyyə platformasında artan rolunu və etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir",, -o bildirib.
Aytac
Son xəbərlər
Daha çox