Elektron siqaret qadağasının qüvvəyə minməsi təxirə salınır
Milli Məclis elektron siqaretlərin qadağan edilməsi ilə bağlı qanunun qüvvəyə minmə tarixini dəyişməyi planlaşdırır.
Milli Məclisin komitə sədri Azər Əmiraslanov bildirib ki, qadağanın 2026-cı il fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minməsi təklif olunur. Qərar sahibkarların müraciətləri və beynəlxalq təcrübə nəzərə alınmaqla verilib.
Qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Gülnar