Bakıda bacı və qardaş dəm qazından boğularaq ölüb
Bakının Xətai rayonunda dekabrın 20-də yeniyetmə bacı-qardaş dəm qazından boğularaq ölüb.
Hadisə Neapol küçəsindəki mənzillərin birində baş verib.
2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və 2009-cu il təvəllüdlü qardaşı Amin Yaralıyev evdə ölü vəziyyətdə aşkar olunublar.
İlkin məlumata görə, onların ölümünə dəm qazı səbəb olub.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.