Yağışlı hava ilə əlaqədar Zığ–Hava Limanı yolunda sürət həddi endirilib
Bakıda müşahidə olunan yağışlı hava şəraiti səbəbindən Zığ dairəsi–Hava Limanı avtomobil yolunun bəzi zolaqları üzrə sürət həddi 20 km/saatadək endirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata əsasən, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib, bütün elektron tablolarda isə “sürüşkən yol” xəbərdarlıq nişanı yerləşdirilib.
Qurum sürücülərə mövcud hava şəraitini nəzərə alaraq müəyyən olunmuş sürət həddinə əməl etməyi, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edib.