• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Vardanyanın məhkəməsi təxirə salınıb

Vardanyanın məhkəməsi təxirə salınıb
30.12.2025 19:08

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə dekabrın 30-na təyin olunmuş məhkəmə prosesi qeyri-müəyyən müddətədək təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb həmin cinayət işi üzrə hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət məhkəmə heyətinin (ehtiyat hakim Günel Səmədova) digər iş (15 nəfər Ermənistan vətəndaşının barəsində cinayət işi) üzrə məhkəmə iclasında müşavirəyə getməsidir.

Vardanyanın barəsində cinayət işi üzrə növbəti məhkəmə iclası məhkəmə heyəti müşavirədən qayıdandan sonra keçiriləcək.

Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda ağaclıq sahədə yanğın baş verib - Video
Cəmiyyət 20:59
Bakıda ağaclıq sahədə yanğın baş verib - Video
BDYPİ sürücülərə çağırış edib
Cəmiyyət 20:19
BDYPİ sürücülərə çağırış edib
Naxçıvanda avtomobil qaz xəttinə çırpılıb, 2920 abonentin qaz təchizatı dayandırılıb
Cəmiyyət 19:30
Naxçıvanda avtomobil qaz xəttinə çırpılıb, 2920 abonentin qaz təchizatı dayandırılıb
Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
Cəmiyyət 19:15
Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
Vardanyanın məhkəməsi təxirə salınıb
Cəmiyyət 19:08
Vardanyanın məhkəməsi təxirə salınıb
Binəqədidə yol hərəkətində dəyişiklik edilib
Cəmiyyət 18:04
Binəqədidə yol hərəkətində dəyişiklik edilib
Azərpambıq MMC-nin ixrac gəlirləri 11 ayda 30,6% azalıb
Cəmiyyət 17:48
Azərpambıq MMC-nin ixrac gəlirləri 11 ayda 30,6% azalıb
Ucarda 14 nəfər zəhərlənib
Cəmiyyət 17:09
Ucarda 14 nəfər zəhərlənib
Neftçalanın sabiq icra başçısı azadlığa buraxılıb
Cəmiyyət 17:02
Neftçalanın sabiq icra başçısı azadlığa buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol