• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində maliyyə nöqsanları aşkarlayıb

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində maliyyə nöqsanları aşkarlayıb
13.01.2026 13:20

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının qanunvericiliyə uyğunluğunu yoxlayıb və bir sıra maliyyə nöqsanlarını müəyyən edib. Bu barədə report məlumat yayıb. 

Palatanın hesabatına görə, dövlət büdcəsinin investisiya xərcləri hesabına lokomotivlərin alınması üçün ayrılan 1 milyon manat və taxıl elevatorlarının əsaslı təmiri üçün nəzərdə tutulan 200 min manat düzgün uçota alınmayıb. 2023-cü ilin sonuna qədər lokomotivlərin alınması üçün 822 min 184 manat xərclənib, əlavə 44 min 250 manat isə texniki yoxlama və rəy üçün sərf olunub. Lakin bu məbləğlər Nazirlər Kabinetinin 22 oktyabr 2010-cu il qərarına uyğun olaraq Agentliyin nizamnamə fonduna daxil edilməyib.

Hesablama Palatası nöqsanların aradan qaldırılması üçün tövsiyələr verib, lakin məsələnin həlli hələ təmin olunmayıb və auditin izlənilməsi davam edir.

 Dövlət Ehtiyatları Agentliyi strateji əhəmiyyətli dövlət əmlakını və ehtiyatlarını idarə edir. 

Gülnar 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda azyaşlıları oğurluq etməyə sövq edən qohumlar saxlanılıb/Video
Cəmiyyət 13:44
Bakıda azyaşlıları oğurluq etməyə sövq edən qohumlar saxlanılıb/Video
Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində maliyyə nöqsanları aşkarlayıb
Cəmiyyət 13:20
Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində maliyyə nöqsanları aşkarlayıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:06
Sabahın hava proqnozu açıqlanıb
Distant təhsil pilot olaraq Lənkəran və Astarada sınaqdan keçirilir
Cəmiyyət 12:32
Distant təhsil pilot olaraq Lənkəran və Astarada sınaqdan keçirilir
Şagirdlərin elektron yerdəyişməsi üçün sənədlərin təqdimi bu gün başa çatır
Cəmiyyət 12:16
Şagirdlərin elektron yerdəyişməsi üçün sənədlərin təqdimi bu gün başa çatır
Ermənistan XİN rəhbəri ABŞ-a işgüzar səfər edəcək
Cəmiyyət 11:55
Ermənistan XİN rəhbəri ABŞ-a işgüzar səfər edəcək
TAP Avropanı 54,3 mlrd, İtaliyanı 45,4 mlrd kubmetr qazla təmin edib
Cəmiyyət 11:38
TAP Avropanı 54,3 mlrd, İtaliyanı 45,4 mlrd kubmetr qazla təmin edib
Naxçıvan Ali Məclisində maliyyə pozuntuları aradan qaldırılmayıb
Cəmiyyət 11:11
Naxçıvan Ali Məclisində maliyyə pozuntuları aradan qaldırılmayıb
Biləsuvarda 3,4 bal gücündə zəlzələ qeydə alınıb
Cəmiyyət 11:05
Biləsuvarda 3,4 bal gücündə zəlzələ qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol