Bakıda azyaşlıları oğurluq etməyə sövq edən qohumlar saxlanılıb/Video
Bakının mərkəzi küçələrində yetkinlik yaşına çatmayan şəxsləri əl çantalarını və digər qiymətli əşyaları oğurlamağa sövq edən iki nəfər – 23 yaşlı İkram Bukavazin və 35 yaşlı Malik Bədirov saxlanılıb. Bu barədə DİN məlumat yayıb.
Səbail Rayon Polis İdarəsinin əməliyyatları nəticəsində azyaşlıların yaxın qohumları tərəfindən qanunsuz əməllərə yönəldildiyi müəyyən edilib. Aparılan istintaq hərəkətləri ilə Bukavazin və Bədirovun azyaşlıları oğurluğa sövq etməsi sübuta yetirilib.
Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.
Son xəbərlər
Daha çox