Yanvarın 13-də Azərbaycanda 86 cinayətin açılması təmin olunub
Yanvarın 13-də ölkə ərazisində 81 cari, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.
DİN bildirir ki, axtarışda olan ümumilikdə 131 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata əsasən, gün ərzində narkotiklərlə əlaqəli 47 fakt, həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 35 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.
DİN əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini bildirib.
Gülnar