Lerikin 80 kəndi qazsız qalıb
Lerik – rayona yağan qar elektrik enerjisinin verilişində problemlər yaradıb.
Rayon mərkəzində qar hündürlüyü 40 sm, dağlıq ərazilərdə isə 80 sm-ə çatıb.
Lerik Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, 35/10 kV-luq hava xəttində səhər saatlarında yaranan nasazlıq aradan qaldırılıb, lakin 80 kənddə elektrik kəsintisi davam edir.
İşlər günün sonuna qədər kəndlərdə elektrik təchizatının bərpası üçün aparılır.